Pasportsuz səyahət dövrü başlayır

15:28

27 İyun

lady gaga

Bundan sonra beynəlxalq səyahətlər zamanı xarici pasport daşımaq yerinə “traveller digital identity” (rəqəmsal şəxsiyyət) adı verilən sistemdən istifadə olunacaq. 

 

Primetime.az xəbər verir ki, hələlik Kanada və Hollandiya arasında səyahətlər zamanı keçiriləcək sınaq müddətində sərnişinlər pasport yerinə mobil telefonları vasitəsilə kimliklərini təsdiqləyəcəklər. Bu, hava limanlarında getdikcə artan sərnişin sıxlığına görə sərhədlərdən giriş və çıxışı sürətləndirməyə və saxta vəsiqədən istifadəni azaltmağa kömək edəcək.

 

Verilən məlumata görə, sərnişinlərin identifikasiya məlumatları hava limanlarına və sərhəd xidməti orqanlarına  sərnişinlər hava limanına çatmadan öncə göndərilir. Göndəriləcək hər bir məlumat üçün isə sərnişin fərdi icazə verilməlidir.

 

Qeyd edək ki, sözügedən tətbiqin sınaq müddəti 2019-cu ilin sonuna qədər davam edəcək və 2020-ci ildə qüvvəyə minəcək.

Sizə maraqlı ola bilər