Paytaxtdan sonra regionlarda da pulsuz “Wİ-Fİ” olacaq

22:11

7 Dekabr

Paytaxt Bakıdan sonra regionlarda da “Pulsuz vayfay” olacaq.

 

lady gaga

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda “Pulsuz vayfay” var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklarda da “Pulsuz vayfay” quraşdırılacaq.

 

Nazir müavini ikinci peykin orbitə buraxılacağı vaxtı da açıqlayıb. O, deyib ki, növbəti peyk yaxın aylarda orbitə göndəriləcək.

 

Gələn il orbitə buraxılacaq Azərspace-2 peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər