Pərvinlə Tunay qalmaqalında üçüncü şəxs: “Özünü təcili həkimə göstərsin”

16:47

7 Dekabr

İki azərbaycanlı aktrisa Pərvin Abıyeva və Tunay Əliyeva arasındakı qalmaqal səngimək bilmir.

lady gaga

Sözügedən qalmaqala üçüncü şəxs tanınmış maqazin jurnalisti, piar menecer Şahin Cavadsoy da fikrini bildirib.

O, Pərvinlə danışdığını və söhbətlərinin məntiqi yekunu olaraq ortaq qərar verdiklərini deyib:

“Tunay Əliyevanın təcili psixoloji yardıma ehtiyacı var. Vallah sözlərimi ciddi qəbul edin, o qız yaşadığı İstanbul şəhərində mütləq həkim müayinəsindən keçməlidir. Səhər, günorta, axşam ancaq Pərvin-Pərvin deyib durur. Bu azmış kimi Tunay, Pərvinin çevrəsinə də hədə-qorxu gəlməkdən çəkinmir. Qız, sən bilmirdin ki, Pərvinə atdığın şər-böhtan cavabsız qalmayacaq? Qorx o, məhkəmədən ki, hakim özü şahid olacaq. Allah günahlarını bağışlasın”.

Qeyd edək ki,  T.Əliyeva sosial şəbəkədə dəfələrlə P.Abıyevanı tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı. Hətta onu “1000 manatlıq fahişə” adlandırmışdı.

Abıyeva isə instaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi.

Sizə maraqlı ola bilər