Piyadanı vurdu. Özünü polis kimi təqdim edərək qaçdı – Bakıda

9:33

14 Mart

lady gaga

Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Yaralının yaxınlarının  verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

//report

Sizə maraqlı ola bilər