“Planet Parni iz Baku”dan yeni konsert – “Nataşa, tı prişol?” – VİDEO

14:48

13 Fevral

lady gaga

Dövrünün ən aktual problemlərinə toxunan, intellektual səviyyəsi ilə həmkarlarından seçilməyi bacaran “Planet Parni iz Baku” KVN Teatrı növbəti solo konsert proqramına hazırlaşır.

Teatrın kollektivi ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında 3 günlük konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.

Teatrın daimi tamaşaçılarına bəllidir ki, “Planet Parni iz Baku” uzun illərdir hər solo konsertini  Azərbaycanın dahi şəxsiyyətlərindən birinə həsr edir. Teatrın bədii rəhbəri, əməkdar artist Tahir İmanov əməkdaşımızla söhbəti zamanı bu təqdirəlayiq ənənədə kiçik dəyişiklik etdiklərini bildirib: “Bu dəfə biz konserti dahi şəxsiyyətə yox, elə Azərbaycana həsr etmişik. Bəllidir ki, Prezidentimiz, cənab  İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Biz də bu proqramımızı məhz Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəciyik”.

Konsertin adı, öncəki səhnəciklərin birindən götürülüb. Təyyarədə cərayan edən hadisələr zamanı Rusiyada fəaliyyət göstərən bir azərbaycanlı rus dilində danışarkən Nataşa adlı qadına məhz belə müraciət edir:

“Nataşa, tı prişol?” ifadəsi ötən səhnəciyimizdə o qədər rezonans doğurdu ki, bu ifadəni səsləndirən obrazı yaşatmağa qərar verdik. Bu obraz “Bəxt üzüyü 2” filmində Rusiyada fəaliyyət göstərən, ancaq dili mənimsəməyi bacarmayan Fedotdur”-deyə əlavə edir T.İmanov.

17,18,19 aprel tarixlərində  baş tutacaq konsertin biletləri  30-200 AZN civarındadır.

İnformasiya dəstəyi Asan Radio və Primetime.az saytına məxsusdur.

Qeyd edək ki, məhsuldar  “Planet Parni iz Baku” komandası bir müddət öncə  xalq şairi Vagif Səmədoğlunun 80 illik yubileyinə həsr edilən “Bəxt üzüyü 2” filmini də təqdim edib.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər