Polis itkin düşən 18 yaşlı qızı tapdı
23:21
11 Fevral

Lənkəranda itkin düşən qız tapılıb.
Primetime.az “Trend”ə istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Tahirə Şaiq qızı Ağayeva fevralın 5-də yaşadığı evdən çıxaraq itkin düşüb.
Polis əməkdaşlarının başladığı araşdırmalar nəticəsində T.Ağayeva fevralın 10-da tapılaraq ailəsinə təhvil verilib.