İlham Əliyev Çin və Rusiya televiziyasına müsahibə verib – FOTO

21:58

21 Yanvar

lady gaga

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

 

Primetime.az xəbər verir ki, dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

 

Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.

 

 

 

Prezident İlham Əliyev həmçinin yanvarın 21-də Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib.

 

Dövlət başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.

 

Sizə maraqlı ola bilər