Prezident İnam Kərimovu yeni vəzifəyə təyin etdi

19:26

12 Oktyabr

lady gaga

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Primetime.az xəbər verir ki, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

 

“Komissiyanın sədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam Kərimov

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

 

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Moldova tərəfinə bildiriş göndərmək tapşırılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Ağcabədidə yeni ümumtəhsil məktəbi binasının tikintisi və Arif Əzizova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.

Sizə maraqlı ola bilər