Prezidentlərin görüşünün təxirə salınmasının səbəbi açıqlandı

18:49

13 Avqust

lady gaga

Rusiya, İran və Azərbaycan prezidentlərinin avqustun 13-də Soçidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün təxirə salınmasının səbəbi açıqlanıb.

 

Primetime.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səbəb kimi dövlət başçılarının iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi olduğunu irəli sürüb:

 

“Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır.

 

Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”, – deyə Peskov qeyd edib.

Sizə maraqlı ola bilər