“Qəbələ”ni öz futbolçusu məyus etdi – VİDEO

23:05

13 Mart

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib, ilk oyun günündə bir görüş baş tutub.

 

lady gaga

“Qəbələ” səfərdə “Keşlə”nin qonağı olub. İlk olaraq qonaqlar hesabı açsa da, fasilədən sonra məyus olublar. Qəbələlilərin futbolçusu topu öz qapısından keçirib və oyun da heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, cari tura sabah keçiriləcək “Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Qarabağ” və  “Zirə” – “Səbail” matçları ilə yekun vurulacaq.

 

Premyer Liqa

20-ci tur

13 mart

 

“Keşlə” – “Qəbələ” – 1:1

Qollar: V.Stankoviç, 59-avtoqol – B.Dabo, 32.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov

Bakı. “İnter Arena”, 15:30.

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna, 39. Əlibəy Məmmədli.

Baş məşqçi: Yuri Maksimov.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 16. Omar Malone, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə.

Baş məşqçi: Roman Qriqorçuk.

 

Turnir cədvəli: 

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 19 15 3 1 30-7 48
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Zirə 19 9 5 5 27-19 32
4 Sumqayıt 19 9 4 6 24-20 31
5 Neftçi 19 8 2 9 24-22 26
6 Səbail 19 5 2 12 13-27 17
7 Keşlə 20 4 4 12 17-32 16
8 Kəpəz 19 3 1 15 12-34 10

 

Sizə maraqlı ola bilər