Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldı

22:41

9 Noyabr

lady gaga

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

 

Primetime.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

RPŞ-də araşdırma aparılır.

Sizə maraqlı ola bilər