Qərb rayonlarımızda güclü külək əsir, Gədəbəyə dolu yağdı – FAKTİKİ HAVA

18:46

12 İyul

lady gaga

Ölkədə müşahidə edilən faktiki hava açıqlanıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

 

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Sizə maraqlı ola bilər