Qadından ŞOK HƏRƏKƏT: Sevgilisi xəyanət etdi, iki uşağını suda boğdu

12:56

11 Sentyabr

lady gaga

Rusiyanın Kamçatka bölgəsində dəhşətli qətl hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, 27 yaşlı Yekaterina adlı qadın 5 yaşlı oğlu ilə yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Buna səbəb isə qadının sevgilisinin ona xəyanət etdiyini öyrənməsi olub. Ətrafda olan insanlar uşaqların səsini eşidərək polisə və xilasedicilərə məlumat verib. Hadisə yerinə gələn xilasetmə dəstələri ana ilə uşaqları sudan çıxarıb. Yaş yarımlıq uşağın cəsədi sudan çıxarılsa da, beş yaşlı oğlan reanimasiyada dünyasını dəyişib.

 

Xəstəxanaya yerləşdirilən qadının saxlanılması ilə bağlı müzakirələr aparılır. Yekaterinanın yaxınlarının məlumatına görə, o, qızının atası olan sevgilisinin evli olduğunu və başqa qadınlarla münasibətdə olduğunu öyrəndikdən sonra ağlını itirib.

 

Sizə maraqlı ola bilər