Qalmaqallardan bezən Pərvin Abıyeva: “Daha adımı çəkməyinizə ehtiyac qalmayacaq”

10:04

14 Fevral

lady gaga

Aktrisa Pərvin Abıyeva onun haqqında danışanlara münasibət bildirib.

Çoxlarının onun sayəsində məşhurlaşmaq istədiyini bildirən P.Abıyeva şəxsi instagram hesabında bunları yazıb:

“Dostlar, insanları məşhurlaşdırmaq agentliyi açmaq istəyirəm. Tanınmaq istəyən bir başa mənim özümə müraciət etsin. Daha hər verilişdə, tədbirdə, müsahibədə adımı çəkməyinizə ehtiyac qalmayacaq. Hər yerindən duran Pərvin deyir. Allah köməyiniz olsun. İnşallah mənim yerimə, olduğum statusa tezliklə çatarsınız. Ya da dediyim kimi, mənə müraciət edin, əlimdən gələn köməkliyi göstərim. Dalımca danışmayın. Bu ən nifrət etdiyim xüsusiyyətdir. Yaxşı olar ki, agentliyimə gəlin”.

Sizə maraqlı ola bilər