Qara Qarayevin ev muzeyi açıldı – FOTO

21:37

1 Oktyabr

lady gaga

Bu gün dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirilib.

 

Primetime.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir.

 

Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb.

 

Çıxışlardan sonra ev-muzeyinin açılışı olub. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva qonaqları mədəniyyət ocağı ilə tanış edib.

 

Tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olunub.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıblar.

 

Mərasimdə həmçinin Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva prezident İlham Əliyevin sərəncamı ilə dahi bəstəkarın “Xalq artisti” fəxri adına layiq görülmüş oğlu, professor Fərəc Qarayevə yüksək fəxri adın vəsiqə və nişanını təqdim edib.

 

Sizə maraqlı ola bilər