“Qarabağ” APOEL-lə qarşılaşır

20:30

13 Avqust

lady gaga

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.

 

Primetime.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşürlər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.

Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmayıb. Ağdam klubu pley-offa yüksəlmək üçün bu seriyanı davam etdirməlidir. Çempionumuzu hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

 

“Qarabağ” APOEL səddini adlasa, avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda oynamaq hüququ əsas mərhələdə iştirak anlamına gəlir. III təsnifat mərhələsini keçən komanda pley-offdakı uğurla Çempionlar Liqasının, əks halda isə Avropa Liqasının qrupunda oynayır. Bugünkü uğur “Qarabağ”ın ardıcıl 6-cı dəfə qrupa düşməsini rəsmiləşdirəcək.

 

Qeyd edək ki, “Qarabağ” – APOEL cütünün qalibi pley-offda “Ayaks” – PAOK duelinin güclüsü ilə qarşılaşacaq. Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək.

 

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
Baş hakim: 
Daniel Siebert (Almaniya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:1

Sizə maraqlı ola bilər