Qaradağda ağır qəza: Avtomobil yük maşınına çırpıldı, ölən var

14:40

25 Mart

lady gaga

Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Primetime.az-a verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.

 

Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər