Qeyri-sabit hava şəraiti iki gün davam edəcək

17:45

12 İyul

lady gaga

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Primetime.az-a verilən məlumata görə, iyulun 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

 

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Sizə maraqlı ola bilər