Türkiyəli ulduzlar “Qış nağılı” üçün Bakıda – FOTOLAR

17:40

12 Oktyabr

lady gaga

Bu gün “Gənclik” TM-də yerləşən “CinemaPlus” kinoteatrında “Cinemazadeh” şirkətinin istehsalı olan “Qış nağılı” filminin mətbuat konfransı keçirilib.

 

Primetime.az xəbər verir ki, ekran işində rol alan türkiyəli müğənni Halil Sezai və aktrisa Müge Boz jurnalistlərin sualını cavablandırıb:

 

Halil Sezai yarı zarafat, yarı ciddi açıqlamasında bildirdi ki, hələ pul almayıb: 

 

“Mənə hələ pul verməyiblər(gülür). Filmdən sürprizlər olacaq”.

 

Müge Boz isə film haqda bunları dedi: 

 

“Mən Halil Sezai ilə bu filmdə tanış oldum. Bundan əvvəl heç bir dostluğumuz olmayıb. Filmdə kaprizli bir obrazı canlandırsam da, real həyatda belə deyiləm. Mən bu heyət ilə Türkiyədə “Çat kapı” filmində rol almışam. Həmin ssenari mənə çox maraqlı gəlmişdi. Həmin ərəfədə Cəfər bəy yox idi. Amma ikinci təklif gələndə düşünmədən razı oldum. Bizə görə əsas maddiyat yox, mənəviyat önəmlidir”.

 

Film Yeni il gecəsi bir hoteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar həmin hekayələr üzrə qruplaşıb.

 

Hotelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev həyat verib.

 

Baş prodüser Cəfər Axundzadə bildirib ki, dekabr ayında təqdim olunacaq filmdən gözləntiləri böyükdür:

 

“Çəkilişlər hələ də davam edir. İndi də konfransa çəkilişdən çıxıb gəlmişik. Film qardaş ölkə Türkiyədə və bir çox Avropa ölkələrində nümayiş olunacaq. Çəkilişlər yay aylarında çəkilib. İrandan, Rusiyadan bir çox mütəxəssislər çağırmışıq. Qış effekti vermək üçün nə lazımdır etmişik”.

 

Rejissor Aqil M Quliyev isə qeyd edib ki, bu qədər məşhur simaları bir araya toplamaq çox çətin işdir:

 

“Çünki, bu bir reallıqdır, bizdə bir deyim var: əgər filankəs varsa, mən yoxam, ya da əksinə. Amma Cəfər bunu bacardı. Elə tamaşaçılar da məhz bu məşhurlara görə gələcək”.

 

Qeyd edək ki, bu ilin dekabr ayında kinoteatrlarda yayımlanacaq “Qış Nağılı” filminin quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadədir. Kinonun çəkilişləri isə Qəbələdə baş tutub.

 

 

Sizə maraqlı ola bilər