“Qız qıza yan vurar?” – Elza Seyidcahan

11:05

9 Fevral

lady gaga

“Gecə vaxtı bizi böyük təhqir etdilər. İki qızın yan-yana vurmasının burada yeri yox idi”. 

 

Primetime.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib. O, “Azərbaycanını səsi” yarışmasında Aygün adlı iştirakçının səhnəyə oriental rəqqasə ilə çıxıb oynaması biabırçılıq adlandırıb:

 

“Bu, böyük biabırçılıq idi. Oğlan ifaçı olsa, yanında qız oynasa bu, normal idi. Bu gecə məni və tamaşaçıları təhqir etdilər. Bu, nə dərəcədə düzgündür? Bu, mənim üçün qəbulolunmazdır. Oriental rəqs kişilər üçündür. Aygün oxuyur, rəqqasə də özünü orada öldürür. Yanını vurur qıza, qız qıza yan vurar?”

Sizə maraqlı ola bilər