“Qorxuruq ki, ofisiantlar yeməyin içinə tüpürsünlər” – Paytaxt restoranlarında vəziyyət – VİDEO

11:50

15 Noyabr

lady gaga

Paytaxt şəhər Bakının demək olar hər addımında kafe və restoranlara rast gəlmək mümkündür.

İşdən sonra, həftəsonları dostların, ailələrin, sevgililərin görüş yeri olan bu məkanlarda bəzən xidmətdən narazılıqlar olur.

Texnologiya imkan verir ki, həmin məkanlar barədə iradlarınızı, şikayətlərinizi daha geniş kütləyə çatdırasınız. Siz şəxsi səhifələrinizdə bu haqda məlumat paylaşmaqla yanaşı, həmin məkanların rəsmi səhifələrində l olan dəyərləndirmə funksiyasından istifadə edərək öz qiymətinizi verə,  iradınız və şikayətiniz haqda elə oradaca yaza bilərsiniz.

Məkanların səhifələrinə baxdıqda qiymətləndirmə bölməsində müxtəlif şikayət və iradlara rast gəlmək olar. Kimi yeməyin keyfiyyətindən, kimi xidmətin səviyyəsindən, kimi də gördüyü münasibətdən narazıdır.

Sözügedən məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənməyə çalışdıq:

Marketinq üzrə mütəxəssis Mamed Əhmədov restoran və kafelərdəki nöqsanların olduğunu təsdiqlədi. Onun sözlərinə görə, əsas problem mətbəxdə və müştərilərlə ünsiyyətdədir:

“Restoran bir canlı orqanizmdır. Onu mütəmadi nəzarət və idarə etmək lazımdır. Orada da təbii ki, bu bir şəbəkə şəklində aparılır. İçəridə iş mexanizm düzgün qurulmalıdır. Burada mətbəxdən başlayaraq qonaqların qarşılanmasına kimi gedən işlər nəzərdə tutulur. Əsasən təbii ki, restoran qapıdan başladığı kimi mətbəxdə bitir. Burada qonaqların qəbul olunması, onların düzgün əyləşdirilməsi, menunun düzgün verilməsi, sifarişlərin düzgün alınması, ümumiyyətlə qonaqların əhvalına uyğun onlarla rəftar və s. hamısı birlikdə bir vəhdət təşkil edir. Təəssüf ki, bu gün xidmət baxımından restoran və kafelərdə problem bir az çoxdur. Ofisiantlar menunu bilmir, qonağın nə dediyini, nə istədiyini başa düşmürlər, istədiyini onlara verə bilmirlər, əksinə özlərinə lazım olan şeyləri təklif edirlər. Mətbəxdə olan bir sıra problemlər var ki, qramajlar düzgün qoyulmur, inqridentlər düzgün yazılmır, verilmir. Məsələn, menuda yazılan inqridentlə masaya gələn yemək eynilik təşkil etmir. Daha sonra adminstrativ problemlər var. Bəzən qonaqlar düzgün rəftar olunmur”.

M.Əhmədov bildirdi ki, mövcud nöqsanları aradan qaldırmaq üçün kafe və restoranlara bu sahəni bilən insanları götürmək lazımdır:

“Bunların aradan qaldırılması üçün mütləqdir ki, restoran və kafelərə, ümumiyyətlə xidmət sahəsinə, bura otel və turizmçilik də daxildir, təhsilli, yəni treninqi keçmiş, bu sahəni bilən insanlar işə götürülməlidir.  Çünki ən azı xidmətin özündə belə bir sıra göstəricilər var. Bura xanıma xidmət, bəyə xidmət, uşağa xidmət, masaların düzülüşü, təamların servis olunması və s. daxildir.  Bunları bilməyə-bilməyə təəssüf ki, maddi çətinlikdən gəlib işləyirlər, ona görə də, belə problemlər yaranır”.

Ayşən Ağayeva

Fotolar/Video: Nurlan Gülməmmədov

PrimeTime.Az

Sizə maraqlı ola bilər