Qubada 30 yaşlı gənc bıçaqlandı

23:30

22 Sentyabr

lady gaga

Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Təvəkkül Mirabbas oğlu Zeynalov naməlum şəxs (şəxslər) tərəfindən bıçaqlanıb. T.Zeynalov yaralı vəziyyətdə döş qəfəsinin sol ön hissəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə  yerləşdirilib. Cərrahi müdaxilədən sonrakı vəziyyəti normaldır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

//Qafqazinfo

Sizə maraqlı ola bilər