Qubada yeni futbol stadionu tikiləcək

20:17

12 İyun

lady gaga

“Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub”.

 

Primetime.az report-a istinadən xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

 

“Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi planlaşdırılır. Quba şəhərində 2 yaşayış massivi var: “Dəvədabanı” və “Qəçrəş yolu”. Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaq”, – M.Xeyrullayev əlavə edib.

 

Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Sizə maraqlı ola bilər