Quşçuluq fabrikindən 170 minlik toyuq oğurlandı

14:41

15 Aprel

lady gaga

Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

 

Bu barədə Primetime.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər – Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.

Sizə maraqlı ola bilər