Rəqsanə həyat yoldaşından ayrılıb?

11:18

14 May

lady gaga

Rusiyada yaşayıb, fəaliyyət göstərən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı iddia edilib.

 

Primetime.az xəbər verir ki,  buna səbəb olaraq ifaçının sosial şəbəkədə yazdığı şərh olub.  O, boş yatağın qarşısında çəkdirərək bu sözləri yazıb:

 

“Qüsursuz sevən qadınlar, vəfasız kişilər”.

 

Bundan sonra instaqram istifadəçiləri cütlük arasında soyuqluğun yarandığını, Rəqsanənin həyat yoldaşından ayrıldığını qeyd ediblər.

 

Qeyd edək ki, müğənni Rusiyada yaşayan iş adamı Fazillə evlidir. Onun bu evlilikdən iki övladı dünyaya gəlib. İfaçı qızına Mehrimah, oğluna isə Məhəmməd adını verib.

 

Sizə maraqlı ola bilər