“Rasim Balayevə şeir yazacam” – Elza

16:07

7 Dekabr

lady gaga

Əməkdar artist Elza Seyidcahan “Ən yaxşısı” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi bir müddət əvvəl xalq artisti Rasim Balayev onun şeirlərini tənqid etməsindən söz açıb. O, aktyorun onun barəsində dediklərini, normal qarşıladığını və sənətçiyə şeir yazacağını bildirib:

 

“Tələsməyək ki, böyüklərə cavab verək. Yaşlı sənətkarlarımız səbirsiz olur, nəsə deyir. Anam da evdə nəsə deyəndə, susuram. Nə olsun “əməmkdar artistəm”, məni böyüdüb, nə desə, döysə də, susuram. Onların dilindən söz tutub, alçaltmağa çalışırlar. Ömrünün şərəfli çağında onlara belə etməyək. Rasim Balayev bundan sonra da nə desə, ona cavab verməyəcm. Amma ona şeir yazacam”.

 

Qeyd edək ki, R.Balayev Seyidcahanın ünvanına “Elza Seyidcahan şeir yazır. Buna bir deyən yoxdur ki, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın rəhbəri, verilişin rejissoru yoxdur? Niyə demir ki, bacım, qızım, gəlinim bu şeirlər efirlik deyil. Çıxım ağzıma gələni danışım? Olmaz axı, bu efirdir. Sən bu efirlə hər evə girirsən. Zövqlər korlanıb” sözlərini demişdi.

Sizə maraqlı ola bilər