Reanimasiyada skandal. Xəstələrin yanında əl qaldırıb oynadılar – FOTOLAR

16:18

22 Yanvar

lady gaga

Türkiyənin İzmit şəhərindəki dövlət xəstəxanasında çəkilən görüntülər ölkənin gündəminə bomba kimi düşüb.

Kocaeli Dövlət Xəstəxanasının reanimasiya şöbəsində səhiyyə işçilərinin musiqi altında oynadığı görüntülər sosial şəbəkə paylaşılıb.

Görüntülərdə videonu çəkən şəxsin həmkarlarına “Bir az bu tərəfə gəlin, xəstələr görünməsin” deyə xəbərdar edərkən, 2 tibb işçisi də musiqi altında qarşılıqlı oynayıb.

Sözügedən video sərt reaksiyalara səbəb olub.

Kocaelinin Səhiyyə Müdiri Şenol Ergüney hadisənin 2 il öncə baş verdiyini deyib.

O, bunun qəbuledilməz olduğunu bildirərək, inzibati istintaq başladıqlarını sözlərinə əlavə edib.

 

 

 

Sizə maraqlı ola bilər