Rejissor və 56 prodüser Talat Buluta qarşı

13:30

14 İyun

lady gaga

Keçdiyimiz günlərdə Türkiyədə yayımlanan “Yasak Elma” serialının baş rol aktyoru Talat Bulut, film meydançasında  geyim üzrə köməkçi 19 yaşlı Özge Ş.-ya qarşı cinsi zorakılıq etməkdə  günahlandırılıb. O, deyilənləri qəbul etməsə də məsələ getdikcə böyüyüb.

Belə ki, aralarında Ahu Öztürk, Kenan Tekeş, Seren Yüce və Tolga Karaçeliyin olduğu 56 prodüser və rejissor, Talat Buluta qarşı çıxaraq ona heç bir filmdə rol verməyəcəklərini açıqlayıblar.

Onlar məsələyə “Türkiyə film sahəsində əziyyəti olan prodüser və rejissorlar olaraq, ölkəmizdə hər sektorda olduğu kimi, film sektorunda da qadın işçilərə qarşı cinsi zorakılıq və istismar olduğunu bilirik və bunun bitməsi üçün əlimizdən gələni edirik. Yaşanılan hadisə olduqca təəssüfləndiricidir. Biz Türkiyədə bu kimi hadisələrin üzə çıxmasının qadınlar üçün nə qədər çətin olduğunu bilirik. Sözügedən hadisədə köməkçi dostumuzun yanında olduğumuzu və filmlərimizdə adı çirkin əməllərdə hallananlara yer verməyəcəyimizi açıqlayırıq. Kamera önündə və arxasında olan qadın dostlarımızın yanındayıq. Hörmətlərlə…” – deyərək münasibət bildiriblər.

Sizə maraqlı ola bilər