Rəmişlə Mətanət bir-birini sərt tənqid etdi: “Dilini qoy qarnına” – VİDEO

12:55

13 İyun

lady gaga

Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) Mətanət Əsədova arasında qalmaqal yaşanıb.

 

Mətanətin Rəmiş haqqında “antikvar” deməsi gitara ifaçısını özündən çıxarıb. “10-dan sonra” verilişinə danışan sənətçi, Mətanətin ünvanına sərt sözlər deyib:

 

“Xalqımızın gözü tərəzidir, görür ki, kim kimdir, nə nədir. Mənə “antikvar” deyənin dilinə niyə yara çıxmır? Antikvar mağazada olur. Mətanətə ayıb olsun deyərdim. Çünki o, məni harda görüb “qurban olum ” deyib.

Onun o sözü deməyə necə haqqı, cürəti çatıb? Mənə antikvar deyənin özü kimdir ki? Mən onlara yenə üzümü tutub deyirəm, dilinizi qoyun qarnınıza. Onun sənəti əgər mən qədər yüksək pillədədirsə, razılıq verə bilərəm. Elə qızların sənətindən danışmağa 50 il vaxt lazımdır. Onlara düşmür. Mən Nazpəridən, Zeynəb Xanlarovadan danışa bilərəm”,- deyə xalq artisti bildirib.

 

Verilişdə qonaq olan Mətanət Əsədova Rafiq Hüseynova belə danışığı yaraşdırmadığını deyib və onu tənqid edib:

 

 

“O, bizə örnək olmalıdır. Mən belə böyükdən örnək götürmək istəmirəm. Rəmiş müəllimi təhqir etmək istəmirəm. Onu qızışdırıblar. Antikvar pis söz deyil, nadir tapıntı deməkdir. Bura çıxmamışıq bir-birimizi söyək. Yaşda da, sənətdə də bu insandan kiçiyəm. Böyük elə etməlidir ki, balaca ona qayıtmasın, qayıtmayacam da. Səhvim varsa, məni danla. Böyük sənətkarlarımız toxunulmazdır, antikvardır. Mən pis söz deməmişəm. Əgər o sözə görə incimisinizsə, kiçiyiniz olaraq üzr istəyirəm. Amma ağzınızdan çıxan bir-iki kəlməni sizə yaraşdırmıram. Mən dəvə kimi kinli, fil kimi qəzəbliyəm, olmaz”.

 

Sizə maraqlı ola bilər