Repressiyanın Azərbaycan ədəbiyyatından aldığı Mikayıl Müşfiqin anım günüdür

15:24

6 Yanvar

lady gaga

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz

Biz də muradımızca

fələkdən kam alaydıq

Sizə qonşu olaydıq

Arzuya bax, sevgilim,

tellərindən incəmi?

Söylə ürəyincəmi?

***

Dolaşma sıldırım sal qayalıqda,

Daşlar ayağını əzər, maralım!

Gəl səni bəsləyim gözümün üstdə,

Etmə aşiqindən həzər, maralım!…

***

Deyirsən yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban.

Nə zaman istəsən əziz canımı

Qumral gözlərinlə al, sənə qurban.

***

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Gözəl xəyallar, puça çıxmış ümidlər, acı, peşimanlıq və nakam məhəbbət haqqında bir həqiqət daha var. O da Mikayıl Müşfiqdir… Bu, Odlar yurdunun oğlu yaşadığı 30 il ərzində saysız-hesabsız əsrarəngiz cümlələr yaratmışdı. O qısa ömrü ərzində Azərbaycan ədəbiyyatında silinməz iz buraxıb və öz yaradıcılığında lirika ilə pafosu incə məhəbbətlə vəhdət şəklində tərənnüm edib.

Bu gün Mikayıl Müşfiqin anım günüdür. O, 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan Mikayıl, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Qısa olsa da, keşməkeşli ömür sürən qüdrətli şair 1938-ci il in bu günündə repressiya dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib. Şərq şerinin zirvələrinə qalxmış bu sənətkarın xatirəsi əbədi yaşayacaq. Elə şeirləri kimi…

Sizə maraqlı ola bilər