Rəqsanə yenidən hamilədir? – AÇIQLAMA

12:44

13 Fevral

lady gaga

Müğənni Rəqsanə İsmayılova hamilə olması xəbərinə aydınlıq gətirib.

Prodüsser Tarix Əliyevin aparıcılığını etdiyi “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişinə telefon zəngi ilə qatılan ifaçı bunları deyib:

“Allah ana olmağı hər kəsə nəsib etsin. Bilirsiniz ki, mənim də 2 övladım var. Ümumiyyətlə uşaq sevən biriyəm. Əlimdə olsaydı 10 uşaq dünyaya gətirərdim.

Hələ ki, hamilə deyiləm, amma olan kimi o şəkildə sənin verilişinə qonaq gələcəyəm”.

Tarix Əliyev ifaçıya qızı Aysunla bağlı sual ünvanlayıb. O, R.İsmayılovadan Aysunun xanım ifaçılara dediyi “Müğənni ilə oğlumu evləndirmərəm deyirsiniz. Bəs sizi niyə alıblar?” ifadəsinə münasibətini öyrənib:

“Qızımın hər zaman arxasındayam. Həyatımı övladlarıma qurban vermişəm. Əslində Aysun düz deyir. Müğənnilərə nə olub ki? Allah bizə şüur, düşüncə, savad, dünyagörüşü verib. Sayılıb seçilən insanların məclislərini idarə edirik.

Çıxıb deyirlər ki, müğənnidən qız almaram. Özümüz özümüzü təhqir edirik. İnsanlar var ki, bizim yerimizdə olmaq istəyir”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər