Azərbaycanlı məşhurun oğlu afrikalı qızları aldadıb pul alıb? – FOTOLAR

12:01

11 İyul

lady gaga

Aktyor Rəşad Kəsəmənlinin başına iş gəlib.

 

Primetime.az xəbər verir ki, özünü Moses adı ilə qələmə verən şəxs onun fotolarından istifadə edərək əcnəbi qadınları aldadır və pulunu alır. Bu barədə sənətçi özü məlumat verib:

 

“Reşma adlı hindistanlı bir qız mənə yazıb ki, Moses adında biri şəkillərimdən və videolarımdan istifadə edərək, fərqli ölkələrdən olan qızları aldadır və pul alır. Bu hind qızdan da 800 dollar alıb. Axır məni tapıb və “WhatsApp” yazışmalarını mənə göndərib. Deyirəm ki, burada aylıq maaşımı güclə alıram, hansısa Moses evində oturub, görüntülərimlə külli-miqdarda dollar yığır. Üstəlik, anamın da şəklini göndərib ki, bu da anamdır. Anamı mən zorla elçi göndərmişdim, sən necə göndərəcəkdin? Hələ Lola adlı bir qız da Afrikadan yazıb. Moses ondan da 6 min dollar alıb. Bu gün, sabah İnterpol məni axtarsa, təəccüblənmərəm. Qarabala Mosesdəki fərasətə bax…”.

 

Qeyd edək ki, Rəşad Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin oğludur.

 

Sizə maraqlı ola bilər