Restoranlarda imsak və iftar qiymətləri – Əliniz cibinizdə olsun

15:33

17 May

lady gaga

Bu gün müqəddəs Ramazan ayının ilk günüdür. Bu ay digər aylardan üstün hesab olunur.

Qurani-Kərimin nazil olduğu ayda oruc tutmaq bütün həddi-buluğa çatmış, sağlam müsəlmanlara vacib buyrulub.

Oruc tutan şəxs sübh namazı qılınanadək yeməyini bitirməlidir. Bu imsak adlanır.

Gün boyu öz nəfsinə qalib gələrək su və yeməkdən imtina edən şəxslər gün batdıqdan sonra süfrə arxasına əyləşərək, iftarını su və xurma ilə açır.

İnsanlar hazırda rahata daha çox üstünlük verdiyi üçün iftarını evdə deyil, paytaxın müxtəlif məkanlarında açmağa üstünlük verir.

Buna səbəb isə restoranların təklif etdiyi imsak və iftar menyularıdır.  Müxtəlif çeşiddə təklif olunan menyuların qiyməti isə fərqlidir.

Restoranlar oruc tutan şəxslərə imsakı 9-13 AZN, iftarı isə 8-30 AZN arası təklif edir.

Ancaq qiymətlərin baha olması müştərilərin sayına təsir etmir.

Qeyd etdiyimiz menyularda çox sayda təamların olması bütün günü ac qalan insana təbii ki, cəlbedici gəlir. Lakin 10 saatdan artıq yemək və maye qəbul etməyən birinin mədəsini qida ilə yükləməsi xoşagəlməz hallara yol aça bilər.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər