Ronaldo təcavüzə görə analiz verəcək

13:21

11 Yanvar

lady gaga

ABŞ-ın Las Vegas şəhərində polis adı təcavüzdə hallanan dünyaca məşhur futbolçu Kristiano Ronaldodan DNT testi üçün analizi tələb edib.

 

Primetime.az xəbər verir ki, analiz tələbi İtaliya məhkəməsinə göndərilib. Məsələ ilə bağlı açıqlama verən “Yuventus”un vəkillərindən biri Peter S.Kristiansen xəbəri təsdiqləyərək “son dərəcə standart tələbdir” deyib.

 

Xatırladaq ki, 34 yaşlı keçmiş amerikalı model Ketrin Mayorqa 33 yaşlı Ronaldonu 2009-cu ildə bir oteldə ona təcavüz etməkdə günahlandırıb. Çıxan xəbərlərə görə, Ronalda bunun üçün Mayorqaya 375 min dollar pul ödəyib.

Sizə maraqlı ola bilər