Ronaldodan sonra o da “Real”dan getdi – FOTO

23:05

11 İyul

lady gaga

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətinə yeni futbolçu qatıb.

 

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, dortmundlular Madrid “Real”ından Əşrəf Hakimini transfer edib. Mərakeş yığmasının üzvü 2 illik icarəyə götürülüb. O, 2019/2020 mövsümünün sonunadək “Borussiya”da forma geyinəcək.

 

Qeyd edək ki, 19 yaşlı futbolçu geridə qalan mövsümdə “Real”ın heyətində 9 La Liqa matçına çıxıb, 2 qol vurub. O, UEFA Çempionlar Liqasında da 2 oyun keçirib.

 

Maraq üçün onu da əlavə edək ki, “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo da ötən gün klubla yollarını ayıraraq “Yuventus”a (İtaliya) keçib.

 

Sizə maraqlı ola bilər