Röya əməliyyat olacaq – Həkimin əsas tapşırığı… – VİDEO

10:28

11 Sentyabr

lady gaga

Əməkdar artist Röya Ayxan əməliyyat olunmağa hazırlaşır.

 

Primetime.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. Onun sözlərinə görə həkim müğənniyə əməliyyat öncəsi çoxlu yemək yeməyi tapşırıb:

 

“Həkim mənə deyib ki, kökəl. Nə gəldi yeyirəm ki, kökəlim. İki gündən sonra gedirəm”.

 

Məsələ ilə bağlı Röya Ayxanın əməkdaşı ilə əlaqə saxladıq. O, öz açıqlamasında sənətçinin əməliyyat masasına yatıb-yatmamasının dəqiq olmadığını bildirib.

 

Xatırladaq ki, axşam.az saytı sənətçinin ombadan əməliyyat olunacağını vurğulayıb.

 

Qeyd edək ki, R.Ayxan komandası ilə birlikdə hazırda Ukraynadadır.

Sizə maraqlı ola bilər