Röya ilə küsülü olmasından danışan Abbas ona ismarıc göndərdi: “Bizi istəməyənlər…” – VİDEO

20:24

7 Dekabr

lady gaga

Bir müddət əvvəl əməkdar artistlər – Röya Ayxanla Abbas Bağırovun küsülü olmaları ilə bağlı xəbərlər yayılmışdı.

 

Primetime.az xəbər verir ki, ARB TV-nin “Show News” verilişinə açıqlama verən A. Bağırov xanım həmkarı ilə münasibətlərindən danışıb. “Mən hem kimlə küsülü deyiləm” deyən müğənni Röyanı tapmaqda, ona zəng etməkdə çətinlik çəkdiyini deyib.

 

Sizə həmin açıqlamaların yer aldığı videonu təqdim edirik:

 

Xatırladaq ki, onların küsülü olması ilə bağlı məlumatı Röya Yaymışdı. Xanım ifaçı birlikdə fotolarını paylaşan ifaçı yeni barışdıqlarını vurğulamışdı: “Arada küsərəm, amma könlümü də almağı bacarır. Səbəbdə ki, yalnız bir şey olur. Onu kefsiz görəndə küsürəm. Çünki mənim enerji mənbəyimdir”.

A. Bağırov da Röyanın paylaşımına cavab verərək “Mənim əzizim, biz o dostlarıq ki, bir-birimizə qarşı və ümümən bizi çox sevənlərə qarşı səmimiyik. İş orasındadır ki, biz istənilən insanlara qarşı səmimiyik və bu səmimilik də 20 ildən çoxdur bizi belə mehriban, sadiq dost edir. Səni sevənlər səni boş yerə sevmir, çünki sən özünsən, özün kimisən, özünə oxşadırsan. Var ol” sözlərini qeyd edib.

Sizə maraqlı ola bilər