Röya izləyicilərini xeyriyyə aksiyasına səslədi

18:44

14 Mart

Əməkdar artist Röya Ayxan qarşıdan gələn Novruz Bayramı ilə bağlı çağırış edib.

 

lady gaga

Tanınmış ifaçı təşkil olunacaq xeyriyyə aksiyası üçün “İnstagram” hesabından izləyicilərinə müraciət edib. O, insanları sözügedən aksiyaya dəstək verməyə səsləyib:

 

“Əziz və dəyərli dostlar, qarşıdan gələn Novruz bayramı münasibətilə martın 17-i həddindən artıq kasıb ailələrə maddi yardım göstəriləcək. Həmişəki kimi ailələr bol bazarlıq və maddi yardınma ilə təmin olunacaqlar. Martın 18-i isə “Qocalar evi”nə  ziyarət baş tutacaq. Qoy onların da bayramı bizimkindən seçilməsin. İştirak etmək və dəstək olmaq istəyən hər bir kəs müraciət edə bilər”.

Sizə maraqlı ola bilər