Röyanın konsertinə böyük maraq: biletlər tükənir

23:24

16 Aprel

lady gaga

Prodüser Tarix Əliyev (Tolik) əməkdar artist Röya Ayxanla bağlı paylaşım edib.

 

O bildirib ki, müğənninin mayın 5-də baş tutacaq konsertinə maraq çox böyükdür və biletlər tükənir:

 

“Rəsmən bildirmək istəyirik, Röyanın mayın 5-də baş tutacaq solo konsertinə 3500 bilet satışa çıxarılmışdı. Bu gün kassada 300 bilet qalıb. Yəni heç kimə bir dənə də dəvətnamə verilməyib. Kiminsə şübhəsi varsa, kassalar açıqdır”.

 

Qeyd edək ki, əməkdar artist Röya Ayxan konsert proqramı ilə çıxış edəcək. “Doldur ürəyimi” adlanan konsert 5 may saat 20:00-da Bakı konqres Mərkəzində baş tutacaq. Biletləri şəhərin kassalarından və Asan Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.

 

Sizə maraqlı ola bilər