Roza Elzanı yıxıb-sürüdü: “Agzını tikmişəm şeiri Elzanın öz başına gələnlərdir”

18:10

24 İyun

lady gaga

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol. Onun “ağzını tikmişəm” şeiri xoşuma gəlirdi, hərhalda, öz başına gələnlərdən yazıb. Deyir ki, Roza yolunu çaşıb. Roza insanların həyatına girir və onların yolunu çaşdırır”.

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli əməkdar artist Elza Seyidcahan barəsində deyib. Belə ki, bir müddət Roza xalq artisti İlhamə Quliyevanın taxtına namizəd olduğunu, zahirən ona bənzərliyindən söz açmışdı.söyləyib. Əməkdar artist Elza Seyidcahan isə, “Heç kimə arzulamıram ki, o, taxtda otursun. O, yaxşı taxt deyil. O taxta getsən, məhv olarsan, otur öz yerində. Get “fiqureyin”lə məşğul ol”.

 

“ATV maqazin 10larla” proqramına danışan Zərgərli həmkarı haqda sərt sözlər səsləndirib:

 

“Arada mənə söz atır. Ona Damla deyiləm ki, şəklimi cırıb atsın. İlhamə xanımla müharibə apardı, qalib ola bilmədi. İlhamə Quliyeva olası deyiləm. Məni Zahirən Faiq Sücəddinovdan tutmuş bütün incəsənət xadimləri ona oxşadırlar. Mən İlhamə Quliyeva kimi ağır insan ola bilmərəm. Düşmənimə belə pislik arzulamamışam. Dava etmədən İnstaqramdan sildim ki, qəlbim səndən qırıldı. Elzanın sözlərini ondan gözləmirdim. Sən demə, qarnında qara qanlar axırmış. Onun haqqı yox idi ki, bu sözləri mənə desin. Bəzi nüanslar var ki, onları demək düzgün deyil – çirkinlikdir. İnsan etdiyini deməz, ya mövzunu bağla, qalsın kənarda, ya da iyrənc dərinliklərə gedəcəm. Bu sözləri ziyalı bildiyim qadına yaraşdırmadım”.

 

Sizə maraqlı ola bilər