Roza Zərgərli əsgərlikdə olan oğlundan məktub alıb – FOTO

16:19

9 Fevral

lady gaga

Müğənni Roza Zərgərlinin oğlu Jerar anasına məktub yazıb.

 

Primetime.az xəbər verir ki, andiçmə mərasiminə gedə bilməyən ifaçı oğlunun məktubunu “Instagram” hesabında paylaşıb. Belə ki, sənətçinin oğlunun “Ana, mən səni çox istəyirəm. Gözün arxada qalmasın. Oğlun Jerar” yazılan məktubuna “Canım, kiçik oğlum, Jerar. Sənin ürəyinə qurban olum. Andiçmə mərasiminə gələ bilmədim, amma sən yenə də məni düşünüb, bu şeiri yazdın. Gözüm arxada deyil, vətən uğrunda adımıza layiq qulluq et. Sən və qardaşın Corcun simasında bütün əsgərləri evdə sağ-salamat gözləyirik” – deyə şərh yazıb.

 

Məlumat üçün bildirək ki, müğənninin böyük oğlu Corc Qafarov da əsgərlikdədir. Roza Zərgərli onları uşaq evindən övladlığa götürüb.

Sizə maraqlı ola bilər