Rus qadınlara çağırış: “Çempionat vaxtı ölkəyə gələn turistlərlə…”

13:52

14 İyun

lady gaga

Rusiya Parlamentinin Ailə, Qadın və Uşaq Komissiyasının rəhbəri Tamara Pletnyova Futbol üzrə Dünya Çempionatından öncə radio proqramının qonağı olub. O, çıxışı zamanı Rusiya qadınlarına çempionat vaxtı ölkəyə gələn “ağ olmayan” kişilərlə cinsi münasibətdə olmamaları barədə çağırış edib.

Belə ki, verilən məlumata görə, Pletnyova 1980-ci ildə keçirilən Moskva Olimpiadasından sonra doğulan “Olimpiada uşaqları” ilə bağlı verilən sualı cavablandırıb. O, “Olimpiada uşaqları” ifadəsi SSRİ vaxtında Rus qadınlarının Afrika, Latın Amerika və Asiyalı kişilərdən dünyaya gətirdikləri uşaqlar üçün işlənirdi. O zamanlar Rusiyada doğum nəzarətdə deyildi.” deyib.

T. Pletnyova “Qovorit Moskva” radiosundakı çıxışı zamanı, Rus qadınların xarici ölkə vətəndaşlarından dünyaya gətirdikləri uşaqlarını geri ala bilmədiklərini deyərək “öz uşaqlarımızı dünyaya gətirməliyik. O yolla dünyaya gələn uşaqlar əziyyət çəkir. Mən milliyyətçi deyiləm ama o uşaqlar ya tərk edilir, ya da anaları ilə tək qalırlar” – deyə əlavə edib.

Aleksandr Şerin adlı başqa bir millət vəkili də eyni proqramda Dünya Çempionatı ərzində xarici azərkeşlərin Ruslara virus bulaşdıra biləcəklərini deyib.

 

Sizə maraqlı ola bilər