Qonşumuz 4 günlük iş sisteminə keçir

13:31

14 Avqust

lady gaga

Rusiya işsizliyin qarşısını almaq və yaşayış keyfiyyətini artırmaq üçün həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır.

 

Primetime.az xəbər verir ki, Birləşmiş Rusiya Partiyası millət vəkili Andrey İsayev iş gününün azalması sayəsində vətəndaşların vəsait itkisi olmadan ailələrinə daha çox zaman ayıra biləcəklərini bildirib. O, bundan başqa iş saatının azalmasının mövcud maaşa təsir etməyəcəyini qeyd edib.

 

Həftədə 4 gün iş sistemi tətbiqinin pilləli olması lazım olduğunu deyən İsayev bunun nəticəsində işverənlərin və işləyənlərin yeni sistemə rahat uyğunlaşacaqlarını ifadə edib. Məsələ ilə bağlı işlərin növbəti ay başlaması planlaşdırılıb.

Sizə maraqlı ola bilər