Rusiya Türkiyənin adını siyahıdan çıxardı

15:56

13 Yanvar

lady gaga

Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının tətil edəcəkləri ölkələr siyahısına Türkiyə və Misir daxil edilməyib.

Rusiya Tur Operatorları Assosiasiyası ATOR səhifəsindən verilən açıqlamada, siyahıya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan, Cənubi Osetiya, Abxaziya, Kuba, Vyetnam, Fələstin və Çinin daxil edildiyi bildirib.

Bəyanatda həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Cənubi Osetiya turlarının az inkişaf etmiş vəziyyətdə olduğu, Türkmənistan üçün viza lazım olduğu qeyd edilib.

Məlum olduğu kimi, 2015-2016-ci illərdə bu siyahıda Suriya, Tunis, Tailand, Myanma ilə yanaşı, Misir və Türkiyə də yer almışdı.

Sizə maraqlı ola bilər