Rusiya vətəndaşları Goranboyda qəzaya düşdü – FOTO

17:22

25 Avqust

lady gaga

Bu gün Goranboyda toydan qayıdan Rusiya vətəndaşları qəzaya düşüb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhərində baş verib.

 

İki minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Rusiya vətəndaşı Məcnunbəyova Dinarə Çingiz qızı, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Konderova Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Tərtər rayon sakini Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

D. Məcnunbəyovanın durumu ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər