Rusiyalı turistlərin Azərbaycana maraqlı səfəri: avtomobili evə çevirərək… – VİDEO

22:51

14 Avqust

lady gaga

Rusiyalı bir ailə avtomobillərini evə çevirərək səyahət etməyə qərar veriblər. İlk olaraq isə Azərbaycana gəliblər.

 

Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar… Bunlar hamısı bu köhnə “UAZ” markalı maşında kompakt şəkildə yerləşdirilib.

 

Həştərxan sakinləri Kseniya və Andrey dörd təkər üzərində bir ailənin qala biləcəyi mini ev düzəldiblər. Rusiyalı turistlər artıq xərc etməmək üçün öz təkərli evləri ilə səyahət etməyə qərar veriblər və ilk olaraq Bakını seçiblər. Onlar 2 yaşlı oğlu Lvovu da özləri ilə götürüblər.

 

Jilenkovı ailəsi avto səyahətə çıxmaq üçün öz bizneslərini satıblar. “UAZ” maşını alıb qənaətcil büdcəli, təkərli evi düzəltmək onlara 3 min dollara başa gəlib. Andrey və Kseniya səyahətə çıxmaq üçün bir aya maşını tam hazır ediblər.

 

Avtomobilin tavanı və içi taxta materialdan hazırlanıb. Təkərli evin içində kitab rəfi belə var. Bundan başqa turistlər səyahət edtikləri ölkələrin dəmir pullarının da maşının tavanına yapışdırıblar.

 

Avtomobili Kseniya özü rəngləyib. Diqqətlə baxdıqda üzərində dağlar, quşlar, çaylar və şəlalələr görmək mümkündür. Ksenyanın sözlərinə görə, bu o demədir ki, avtomobil hər cür ekstremal sınaqlara hazırdır. Jilenkovılar ötən ilin bu vaxtı Asiyaya səyahət ediblər. Ancaq Bakıda özlərini daha çox doğma hiss etdiklərini deyirlər. Jilenkovılar daha sonra Gürcüstan və Türkiyəyə səfər etməyi planlaşdırırlar.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər