“Rustavi-2″nin keçmiş maliyyə direktorunun ölkədən çıxışına qadağa qoyulub

18:30

12 Sentyabr

lady gaga

Tbilisi Şəhər Məhkəməsi “Rustavi-2” telekanalının keçmiş maliyyə direktoru Kaxa Damenianın ölkəni tərk etməsinə qadağa qoyub və 50 min lari girov tələb edib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hakim Ekaterine Kululaşvili bunu ittiham tərəfinin maneə və gizlənmə təhlükəsi olması ilə əlaqələndirib.

 

Qeyd edək ki, Kaxa Damenia bir qrup şəxslə birlikdə “Rustavi-2” telekanalına məxsus külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunur. Lakin o, irəli sürülən ittihamları rədd edib və heç bir cinayət törətmədiyini bildirib.

 

Qeyd edək ki,sentyabrın 6-da telekanalın keçmiş maliyyə direktoru ilə yanaşı keçmiş baş direktor Nika Qvaramiya qarşı da eyni ittihamlar irəli sürülüb.

Sizə maraqlı ola bilər