Rza Zərrabla bağlı şok iddia: həbsxana yoldaşına təcavüz edib

0:27

8 Dekabr

Amerika Birləşmiş Ştatlarında (ABŞ) həbsdə olan İran əsilli türk vətəndaşı Rza Zərrab yeni iddia ilə gündəmə gəlib.

 

lady gaga

Bu barədə “New York Times” nəşri məlumat yayıb.

 

Mənbədə bildirlir ki, o, həbsxanada olarkən məhbuslardan birinə – həbsxana yoldaşına təcavüz etməkdə ittiham edilir. Bu hadisənin 2016-cı ilin noyabr ayında Manhattan həbsxanasında baş verdiyi deyilir.

 

Yazılanlara görə, həmin məhbusun şikayəti əsasında dekabrın 6-da Zərrab haqqında növbəti cinayət işi açılıb. Məsələ ilə bağlı iddiaçı tərəfin vəkili Aleksey Şaçt bildirib ki, cinayət işi açılıb, amma kifayət qədər dəlil təqdim edilmədiyi üçün bu gün istintaq dayandırılıb.

 

R. Zərrabın vəkili Robert J. Anello isə iddia ilə bağlı bu sözləri deyib: “etibarlı olmayan bu mənbədən gələn sulçalamalar şokediçi və yalandır”.

 

Qeyd edək ki, Rza Zərrab ötən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.

Sizə maraqlı ola bilər