Səbail yeni görkəminə qovuşur: rayonda yeni binalar tikilir – VİDEO

21:57

13 Fevral

Paytaxtın düz mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülərək yerində müasir görünüşlü hündür mərətəbli binalar tikilir.

 

lady gaga

Səbail rayonunda pilot layihəyə uyğun olaraq sahibkarlar tərəfindən 14 müasir layihə hazırlanaraq təsdiq olunub.Məsələn bura rayonun Tofiq Məmmədov küçəsi 29-35 ünvanıdır. Ərazidə bir neçə sakin 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış evlərində yaşayırdı.İndi isə həmin yaşayış evləridən əsər-əlamət belə yoxdur.Mənzillər sökülərək yerində 18 mərtəbəli bina tikilir.

 

Bununla yanaşı, Bayıl-20-ci yaşayış sahəsində də yenidənqurmaya ehtiyacı olan binaların sökülərək yerində müasir binaların tikintisi ilə bağlı 8 layihə təsdiq olunub. Artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda, eləcə də Fuad Əbdürrəhmanov və Aqil Əliyev küçələrində tikinti işləri sürətlə aparılır.Bakının mərkəzində olan Rastropoviçlər küçəsi ilə Nizami küçəsinini kəsişməsində də qəzalı evlərin bir hissəsi sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

 

Yaşayış binalarının gələn il ərzində istifadəyə verilməsi planlaşdırlır.

 

\\Xezerxeber.az

Sizə maraqlı ola bilər