Şəlalədə qalan ailə yazdıqları qeydlə xilas oldu – FOTOLAR

16:26

12 Sentyabr

lady gaga

ABŞ-da maraqlı hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, Körtis Vitson, 13 yaşlı oğlu və sevgilisi Kaliforniyada bir şəlalədə çıxılmaz vəziyyətdə qalıb. Onlar çantalarında olan qəbzin üzərinə “çətin vəziyyətdəyik. Xahiş edirik kömək gətirin” yazaraq plastik su qabının içinə qoyub, onun da üzərinə “Kömək” kəliməsini cızdıqdan sonra şəlalədən aşağı tullayıb. Şəlalədən 400 metr aşağıda gəzən iki nəfərin qabı tapdıqdan sonra kömək çağırması nəticəsində ailə xilas olub.

Vitson verdiyi açıqlamada baş verənlərə inana bilmədiyini və onlara kömək edən şəxsləri tapmaq istədiyini deyib.

Sizə maraqlı ola bilər